“Sumqayıt” futbol klubu əlcəzairli hücumçu ilə danışıqlar aparır. Bu haqda 11 avqust tarixində Sumqayıt24 Report-a istinadən məlumat verir.
“Kimyaçılar” tezliklə Şimali Makedoniyanın "Şkupi" komandasının futbolçusu Valid Həmidi ilə müqavilə imzalayacaqlar.
Qeyd edək ki, son iki mövsümü "Şkupi"də keçirən 27 yaşlı forvard 70 oyuna 7 qol vurub. O, daha əvvəl ölkəsinin "MC Oran", "ASM Oran" və "JSM Skikda" komandalarında çıxış edib.