“Sumqayıt” futbol klubu daha bir legionerlə danışıqlar aparır. Bu haqda 31 iyul tarixində Sumqayıt24 Bizim.media.az-a istinadən məlumat verir.
“Gənclik şəhəri” təmsilçisi heyətinə Qvineya əsilli Estebon Orozconu qatmaq istəyir. Estebonun keçidi yaxın günlərdə rəsmi açıqlanacaq. Mərkəz müdafiəçisinin son klubu Rumıniya təmsilçisi "Kindiya" olub.
Futbolçu "Betis", "Utrera", "Antequera" və "Sant Rafel" kimi klubların formasını geyinib.