Misli Premyer Liqasının ən yaşlı və ən gənc komandaları bəlli olub.
İdman.biz cari mövsümdə meydana çıxan futbolçulara əsasən klubların orta yaşını müəyyənləşdirib. “Reytinq” üzrə 4-cü pillədə qərarlaşan “Sumqayıt”ın orta yaş göstəricisi 26 yaş 76 günə bərabərdir.
Qeyd edək ki, ən gənc kollektiv “Kəpəz”ə, ən yaşlı isə “Araz-Naxçıvan”a məxsusdur.