“Sumqayıt” futbol klubu təcrübəli oyunçusu ilə müqaviləni ləğv edib. Sumqayıt24 bu barədə 24 noyabr tarixində Report.az-a istinadən xəbər verir.
30 yaşlı yarımmüdafiəçi Araz Abdullayev ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.
Daha öncə futbolçunun əsas komandadan kənarlaşdırılması haqda məlumat vermişdik.