“Sumqayıt” – “Araz-Naxçıvan” matçının hakimləri müəyyənləşib.
Mehdi Hüseynzadə adına stadionda keçiriləcək matçın təyinatları:
- Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Kamran Əliyev (hakimlər);
- Kamal Umudlu (VAR);
- Namiq Hüseynov (AVAR);
- Ramil Diniyev (hakim-inspektor);
- Namiq Əliyev (AFFA nümayəndəsi).
Qeyd edək ki, komandalar Premyer Liqanın 5-ci turunda 30 avqust saat 20:00-da qarşılaşacaq.