Azərbaycan Basketbol Liqasına (ABL) qatılan son iki klubun adları və loqoları müəyyənləşib. Sumqayıt24 bu haqda 28 sentyabr tarixində xəbər verir.
Məlumata əsasən, 2023/2024 mövsümündən etibarən Sumqayıt şəhərinin eyniadlı və Bakının "Xəzri" komandaları da mübarizəyə qoşulacaq.
Qeyd edək ki, ötən mövsüm liqa çempionu "Sabah" olub.