“Sumqayıt” basketbol klubu qələbə qazanıb.
Sumqayit24.az xəbər verir ki, komanda Azərbaycan Basketbol Liqasının 19-ci turunda "Quba"nı qəbul edib. Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan B qrupunun görüşündə meydan sahibləri 112:103 hesablı qələbəyə seviniblər.