Qış fasiləsində "Sumqayıt" futbol klubunu tərk edəcək legionerlərdən biri artıq məlum olub.
Sport24.az-ın məlumatına görə, rəhbərlik ötən yay "kimyaçılar"la anlaşan Fernando da Silva ilə yolları ayırmaq qərarına gəlib.
Braziliyalı dayaq yarımmüdafiəçi "gənclik şəhəri"nin təmsilçisinin heyətində ümumilikdə cəmi 5 matça çıxıb və 1 qolun müəllifi olub. Onunla imzalanan müqavilənin müddəti 2026-cı ilin iyununadək nəzərdə tutulub.