Sumqayıt cüdoçuları beynəlxalq turnirdə mübarizə aparacaqlar.
Sumqayıt24.az xəbər verir ki, Monteneqronun paytaxtı Podqoritsada böyüklər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək. Turnirdə Azərbaycan yığmasının heyətində Sumqayıt idmançıları - Ruslan Paşayev (66 kq) və Ömər Rəcəbli (81 kq) iştirak edəcəklər. Qadın cüdoçulardan isə Gültac Məmmədəliyeva (52 kq) yarışa qatılacaq.
Çempionat aprelin 23-dən 27-nə qədər davam edəcək.