“Sumqayıt”ın “Fehervar”la oyunlarının başlama saatları müəyyənləşib. Sumqayıt24 bu haqda 10 iyul tarixində xəbər verir.
Komandalar UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaq. İlk matç 25 iyul saat 20:00-da Sumqayıtda keçiriləcək. Cavab görüşü isə iyulun 31-də Sekeşfehervarda olacaq. Start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.