“Sumqayıt” FK Misli Premyer Liqasının növbəti oyununa hazırlaşır. Bu barədə Sumqayıt24 8 avqust tarixində klubun rəsmi səhifəsinə istinadən xəbər verir.
Komandamız 2-ci turda “Qarabağ” FK ilə qarşılaşacaq. Matç avqustun 13-ü saat 18:20-də “Kapital Bank Arena” stadionunda baş tutacaq.
1-ci turdan sonra təmsilçimiz turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.