"Sumqayıt" FK-nın idman direktoru postuna təyinat olub. Bu barədə 8 avqust tarixində klubun İnstagram səhifəsinə istinadən xəbər verir.
Sözügedən vəzifəni Faiq Hacı-Məhərrəmov icra edəcək. O, bir müddət bu postda müvəqqəti olaraq çalışırdı.
Faiq Hacı-Məhərrəmov 2011-ci ildən etibarən "Sumqayıt" FK-da işləyir. O, klub yaranandan bu günə qədər əsas komandanın meneceri vəzifəsini icra edib.