Azərbaycan Premyer Liqasının 5-ci turunun qarşılaşmasında "Sumqayıt" səfərdə "Zirə" FK ilə üz-üzə gəlib. Bu haqda 16 sentyabr tarixində Sumqayıt24 məlumat verir.
Matç Zirə İdman Kompleksində baş tutub. Qarşılaşmanın 27-ci dəqiqəsində "Gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Samir Abasov qırmızı vərəqə gördüyü üçün texniki zonadan uzaqlaşdırılıb. Oyun paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.