AFFA İntizam Komitəsi "Sumqayıt" futbol klubu və oyunçusunu cəzalandırıb.
Sumqayit24.az xəbər verir ki, 21 noyabr tarixində keçirilən "Sumqayıt" – "Qarabağ" oyununun 60-cı dəqiqəsində "Sumqayıt" komandasının 72 nömrəli futbolçusu Rayan Senhadji ikinci sarı vərəqədən sonra qırmızı kartla cəzalandırılıb və bu səbəbdən 1 oyuna buraxılmayacaq.
"Gənclik şəhəri" təmsilçisi də ona görə 500 manat ödəməli olacaq.