“Sumqayıt” futbol klubunun dəyəri qalxıb. Sumqayıt24 bu barədə 1 sentyabr tarixində "Transfermarkt" portalına istinadən xəbər verir.
Avqustun 15-nə olan statistikaya əsasən, “kimyaçılar”ın ümumi dəyəri 3,90 milyon avro təşkil edirdi. Hazırda bu göstərici 4,30 milyon avro olub. Bu isə 10,3% artım deməkdir.
Qeyd edək ki, “Sumqayıt” bu göstəricidə "Turan Tovuz" (3,35 milyon avro), "Şamaxı" (2,05 milyon avro) və "Kəpəz"i (1,83 milyon avro) geridə qoyub.