“Sumqayıt”ın futbolçusu hazırlığa çağırılıb. Sumqayıt24 bu haqda 22 avqust tarixində AFFA-ya istinadən xəbər verir.
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı keçirəcək. Baş məşqçi Aqil Nəbiyev Bakıda baş tutacaq seleksiya xarakterli hazırlıq dönəmində ümumilikdə 11 klubun oyunçusunu sınaqdan keçirəcək. O, “kimyaçılar”ın təmsilçisi Sənan Muradlını da toplanışa cəlb edib.
Qeyd edək ki, yığma 22-24 avqust tarixlərində I Liqa təmsilçisi MOİK və “İmişli” ilə yoxlama oyunları keçirəcək.