Xanım cüdoçumuz mükafat qazanıb. Sumqayıt24 bu haqda 8 noyabr tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Qazaxıstanda keçirilən cüdo üzrə II Türk Dövlətləri Universiadasında Sumqayıt idmançısı Elnarə Rəşidova (+78 kq) gümüş medal əldə edib. O, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Zaur Rəcəblinin tələbəsidir.