Minifutbol üzrə Azərbaycan çempionatında 8-ci tura start verilib.
Sumqayit24.az xəbər verir ki, “Sumqayıt” klubu “Zirə” ilə qarşılaşıb. Matç Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, sumqayıtlıların ilk məğlubiyyəti olub.