“Sumqayıt” futbol klubu üç xal qazanıb. Bu barədə Sumqayıt24 xəbər verir.
Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları keçirilib. Təmsilçimiz "Kapital Bank Arena" stadionunda "Araz-Naxçıvan"ı qəbul edib. “Sumqayıt” Rövlan Muradov və Roi Kehatın qolları ilə inamlı qələbə çalıb.
Xallarının sayını 18-ə çatdıran "Sumqayıt" 5-ci pilləyə yüksəlib.