“Sumqayıt” futbol klubu hazırlıqlarını Türkiyədə davam etdirəcək. Sumqayıt24 bu haqda 14 iyul tarixində xəbər verir.
Samir Abasovun yetirmələri iyunun 26-dan etibarən yeni mövsümün çalışmalarına başlayıblar. Onlar təlim-məşq toplanışı üçün iyulun 16-da Türkiyəyə yollanacaqlar. Komandamız ayın 27-dək Ərzurum şəhərinin “Dedeman” hotelində məskunlaşacaq.