Pakistan millisinin futbolçusu “Sumqayıt”a gəlir. Sumqayıt24 bu haqda 14 iyul tarixində Report.az-a istinadən xəbər verir.
25 yaşlı müdafiəçi İsa Sulimanın Portuqaliya "Vitoriya"sından ayrılaraq "gənclik şəhəri" təmsilçisinə keçəcəyi bildirilib. Onun tezliklə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Suliman iyun ayından etibarən Pakistan yığmasına dəvət alıb. O, bunadək İngiltərənin U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərində çıxış edib.