“Sumqayıt” əcnəbi futbolçunu transfer edib. Sumqayıt24 bu haqda 4 avqust tarixində xəbər verir.
Məlumata görə, "gənclik şəhəri" təmsilçisi Belçikanın "Vesterlo" klubuna məxsus olan Burundi yığmasının üzvü Tresor Mossini 1 illik icarələyib.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi ölkəsinin "Ayql Noar" komandasının yetirməsidir. O, karyerası ərzində Lüksemburqun "Kerjenq" klubunda da çıxış edib.