"Sumqayıt" FK yeni mövsümün hazırlıqlarını davam etdirir. Bu haqda 4 iyul tarixində Sumqayıt24 xəbər verir.
“Kimyaçılar” Türkiyənin Ankara şəhərinə yollanıb. Təmsilçilərimiz burada təlim-məşq toplanışı ilə yanaşı, yoldaşlıq oyunları da keçirəcəklər.
Daha öncə yoxlama görüşlərindəki rəqiblərinin müəyyənləşdiyi haqda məlumat vermişdik.