"Sumqayıt"da işlər rəvan getmir. Sumqayıt24 bu haqda 5 iyul tarixində Pressing.az-a istinadən xəbər verir.
Məlumata görə, klubun məşqçi heyəti, futbolçular və texniki personal 2 aydır ki, maaş ala bilmirlər. Konfrans Liqasına qazanılan vəsiqəyə görə vəd olunan mükafat da verilməyib. Bu, futbolçular arasında narazılıq yaradıb.
Xatırladaq ki, komanda Konfrans Liqasının ikinci təsnifat mərhələsində Macarıstanın "Fehervar" klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 25-də Azərbaycanda, cavab qarşılaşması isə 31 iyul tarixində səfərdə keçiriləcək.