Sumqayıt Olimpiya İdman Kompleksinin komandası üzgüçülük turnirinə qatılacaq. Bu haqda 1 sentyabr tarixində Sumqayıt24 məlumat verir.
"Kürü Keçək?!" adlı üzgüçülük yarışı sentyabrın 2-si Mingəçevir şəhərində keçiriləcək. Turnirdə idman kompleksinin üzgüçülük üzrə müəllimi İdris Yusifov və tələbələri Nihad Abdullayev (2012), Toğrul Bağırlı (2011), Nihad Həsənli (2011), Fərhad Mərdanov (2011), Kamil Əsgərli (2010), Xalid Həsən (2011) iştirak edəcəklər.