"Sumqayıt" FK-nın rəhbərliyi Nikola Vuynoviçdən narazıdır.
Sport24.az-ın məlumatına görə, monteneqrolu forvard cari mövsümdə 11 oyuna çıxıb və cəmi 1 qolla yadda qalıb. 27 yaşlı futbolçunun "Sumqayıt"la anlaşması 2025-ci ilin iyununadək nəzərdə tutulub. Lakin rəhbərlik qış fasiləsində onunla sağollaşmağı planlaşdırır.
Qeyd edək ki, "kimyaçılar" ikinci dövrənin sonunda braziliyalı Fernando da Silva ilə də müqaviləyə xitam verəcək.