“Sumqayıt” Futbol Akademiyası Qusara səfər edib. Bu haqda 13 oktyabr tarixində Sumqayıt24 məlumat verir.
Akademiyanın məşqçi heyəti şimal regionunda futbolun inkişafı üçün Qusarın “Metak” komandası ilə əməkdaşlığa başlayıb. “Metak”ın məşqçilərinə akademiyamızın fəlsəfəsi barədə məlumat verilib.
Daha sonra isə komandanın üzvləri məşqçilərimizin nəzarəti altında müxtəlif məşq hərəkətlərini icra ediblər.