“Sumqayıt”ın yoxlama görüşlərindəki rəqibləri müəyyənləşib. Sumqayıt24 bu haqda 2 iyul tarixində xəbər verir.
Yeni mövsümə hazırlaşan futbolçular sabah Türkiyəyə yollanacaqlar. Onlar təlim-məşq toplanışı ilə yanaşı, yoldaşlıq oyunları da keçirəcəklər.
Samir Abasovun komandası iyulun 7-də "Orenburq"u sınağa çəkəcək. İkinci görüş 13 iyula təyin edilib. "Sumqayıt” klubu "Şkupi" (Şimali Makedoniya) və ya "Qaziantepspor"la qarşılaşa bilər. Rəqibin kimliyi qarşıdakı günlərdə dəqiqləşəcək.
Toplanışa iyulun 16-da keçiriləcək matçla yekun vurulacaq. Klubumuz həmin gün "Adana Dəmirspor"la üzləşəcək.