"Sumqayıt" – "Sabah" qarşılaşmasının biletləri artıq satışdadır.
Sumqayit24.az xəbər verir ki, Misli Premyer Liqasının 28-ci turu çərçivəsində təşkil olunan qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Matç martın 29-u saat 19:00-da start götürəcək.
Biletləri iTicket.az saytından, oyun günü isə şəhər stadionunun kassasından əldə etmək mümkündür. Qiymət sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.