Misli Premyer Liqasının 2-ci turunun matçı təxirə salınıb. Bu haqda 12 avqust tarixində Sumqayıt24 Peşəkar Futbol Liqasına (PFL) istinadən məlumat verir.
Avqustun 13-də keçirilməsi nəzərdə tutulmuş “Sumqayıt” - “Sabah” oyunu təxirə salınıb.
"Sabah” klubu Peşəkar Futbol Liqasına və “Sumqayıt” klubuna müraciət edib. Avropa Konfrans Liqasında “Partizan”la çətin səfər oyununa daha yaxşı hazırlaşmaq istəyən “Sabah”ın xahişi nəzərə alınıb.
Görüşün yeni tarixi ilə bağlı əlavə məlumat PFL-in saytında veriləcək.