"Sumqayıt" futbol klubunun səfər oyununu keçirəcəyi stadion məlum olub. Bu haqda 21 iyul tarixində Sumqayıt24 kluba istinadən məlumat verir.
“Kimyaçılar” iyulun 23-də Türkiyə Superliqası təmsilçisi "Sivasspor"la qarşılaşacaq. Oyun "Yüksek İrtifa" məşq mərkəzinin stadionunda baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.