AFFA İntizam Komitəsi "Sumqayıt" klubunu cərimələyib. Sumqayıt24 bu haqda 12 oktyabr tarixində xəbər verir.
"Gənclik şəhəri" təmsilçisi Premyer Liqanın 9-cu turunda topdaşıyanın künc zərbəsi zamanı topu kənara atmasına görə 1500 manat ziyana düşüb.
Bundan əlavə, komandamızın rəqibi “Kəpəz” 4 üzvünün sarı vərəqə alması səbəbindən 700 manat ödəyəcək.
Qeyd edək ki, matç “Sumqayıt”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb.