Premyer Liqanın 7-ci turunun hakim təyinatları açıqlanıb. Sumqayıt24 bu haqda 22 sentyabr tarixində xəbər verir.
AFFA Hakimlər Komitəsi 23 sentyabr saat 18:00-da başlayacaq “Sumqayıt” – “Turan Tovuz” matçını aşağıdakı referilərə etibar edib:
- Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı;
- Tural Qurbanov (VAR);
- Əli Əliyev (AVAR);
- Feyzulla Feyzullayev (hakim-inspektor);
- Elgiz Abbasov (AFFA nümayəndəsi).
Qeyd edək ki, komandalar “Kapital Bank Arena” stadionunda qarşılaşacaqlar.