“Sumqayıt” Futbol Akademiyasının nümayəndə heyəti Qətərin “Aspire” Akademiyasının rəhbərliyi ilə görüşüb. Sumqayıt24 bu haqda 7 noyabr tarixində xəbər verir.
Görüş “Aspire” Futbol Mərkəzində baş tutub. “Sumqayıt” akademiyasının direktoru Hakan Sünalla “Aspire”nin Futbol Departamentinin sədri Said Ali Al Marri arasında söhbət olub. Tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər. Əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Ardınca isə yoldaşlıq görüşləri keçirilib.