“Sumqayıt” klubu yay transfer pəncərəsində aktivliyi ilə seçilib. Sumqayıt24 bu barədə 2 sentyabr tarixində Report.az-a istinadən xəbər verir.
Belə ki, bu pəncərədə “kimyaçılar” öz heyətini 8 yeni futbolçu ilə gücləndirib, 5 oyunçu ilə yollarını ayırıb, 2-si ilə isə əksinə, müqavilə müddətini uzadıblar:
Klubun heyətinə qatılanlar: Vüsal İsgəndərli, Stiven Pereyra, Damian Daniçiçi, Filivpe Çabi, Alya Ture, Ouro-Nil Ture, Todor Todorski, Almir Aqanspahiç;
Klubdan ayrılanlar: Tellur Mütəllimov, Rəhim Sadıxov, Yusif Nəbiyev, Höccət Haqverdi, Elvin Məmmədov;
Klub ilə müqavilə müddətini uzadanlar: Vurğun Hüseynov, Vüqar Mustafayev.