“Sumqayıt” futbol klubunun hazırlıq planında dəyişiklik olub. Bu barədə 11 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən “kimyaçılar” ilk yoxlama oyununu Macarıstan təmsilçisi “Mezököveşt” ilə deyil, Serbiyanın “Radnik” klubu ilə keçirəcək.
Qeyd edək ki, matç “Topkapı” hotelinin meydançasında baş tutacaq. Start fiti yanvarın 12-də Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.