Sumqayıt Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə nümunəvi çıxışlar olub. Sumqayıt24 bu haqda 20 dekabr tarixində xəbər verir.
Tədbir Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən “Gimnastika hamı üçün” layihəsi çərçivəsində təşkil edilib. Məqsəd uşaq və yeniyetmələr arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli keçirilməsidir.