Sumqayıtda 18 yaşadək cüdoçuların birinciliyi start götürür. Sumqayıt24 bu haqda 23 dekabr tarixində Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir.
Yarış Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunur. İlk gündə 11 çəki dərəcəsi üzrə 131 cüdoçu mübarizə aparacaq. Qızlar arasında -40 kq, -44 kq, -48 kq, -52 kq, -57 kq, -63 kq, -70 kq və +70 kq çəkilərdə, oğlarlar arasında isə -46 kq, -50 kq və -55 kq çəkilərdə qaliblər bəlli olacaq.
Arenaya giriş sərbəstdir.