Sumqayıtda Əməkdar məşqçi Rövşən Hacıyevin anadan olmasının 50 illik yubileyi münasibətilə görüş keçirilib.
Sumqayit24.az xəbər verir ki, tədbir Sumqayıt Gənclər Evində təşkil olunub. Görüşdə Rövşən Hacıyevin şəhərdə sərbəst güləşin təbliği və inkişafındakı uğurlarından, yetirmələrinin dünya və Avropa yarışlarında əldə etdiyi yüksək nailiyyətlərindən bəhs edilib. Sonda yubilyara fəxri fərman və hədiyyə təqdim olunub.