Sumqayıt bulvarında növbəti idman tədbiri planlaşdırılır. Sumqayıt24 bu haqda 29 avqust tarixində xəbər verir.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən bulvarda “Gimnastika hamı üçün” devizi altında nümunəvi çıxışlar təşkil ediləcək. Tədbir 1 sentyabr saat 19:00-da baş tutacaq.