“Sumqayıt” futbol klubunda yeni təyinat olub. Bu haqda 18 iyul tarixində Sumqayıt24 “Sumqayıt” FK-ya istinadən məlumat verir.
“Gənclik şəhəri” komandasının mətbuat xidmətinin rəhbəri vəzifəsi Zaur Xudiyevə həvalə olunub.
Qeyd edək ki, son iş yeri “Report” İnformasiya Agentliyinin idman şöbəsi olan Zaur Xudiyev daha öncə “Oxu.az”, “Apasport” kimi xəbər qurumlarında da fəaliyyət göstərib.