Cüdo üzrə Sumqayıt şəhər birinciliyi keçiriləcək. Sumqayıt24 bu haqda 21 dekabr tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.
Yarışda 2007-2009-cu il təvəllüdlü oğlan və qızlar mübarizə aparacaqlar. Birincilik 23-24 dekabr tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq. Arenaya giriş sərbəstdir.