“Qarabağ Atı” şahmat seansı keçirilib. Sumqayıt24 bu haqda 15 dekabr tarixində Aqrar İnkişaf Könüllülərinə istinadən xəbər verir.
Oyun “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində Sumqayıtda təşkil olunub. Azərbaycanın beynəlxalq qrosmeysteri, Avropa çempionatının qalibi Zeynəb Məmmədyarova şahmat həvəskarı olan könüllülərlə mübarizə aparıb.