"Sumqayıt"dan ayrılan məşqçi köhnə klubuna qayıda bilər. Sumqayıt24 bu haqda 24 noyabr tarixində Report.az-a istinadən xəbər verir.
Məsələ ilə bağlı jurnalist Vladislav Tatur öz sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Belarusun "Şaxtyor" (Soliqorsk) komandasının rəhbərliyi komandanın sabiq baş məşqçisi Aleksey Baqanı geri qaytarmağı nəzərdən keçirir.
Qeyd edək ki, Aleksey Baqa 2021-ci ildə "Şaxtyor"a ikinci ölkə çempionluğunu qazandırıb.