“Sumqayıt” futbol klubu növbəti oyununa hazırlaşır. Bu haqda 29 avqust tarixində Sumqayıt24 kluba istinadən məlumat verir.
Misli Premyer Liqasının 4-cü turunun oyununda “Gənclik şəhəri” təmsilçisi “Neftçi” PFK ilə üz-üzə gələcək. Qarşılaşma 2 sentyabr “Kapital Bank Arena” stadionunda baş tutacaq.
Matçın start fiti 20:30-da səsləndiriləcək.