Sumqayıtda “İdman hamı üçün” layihəsi çərçivəsində ustad dərsləri keçiriləcək. Bu haqda 8 iyul tarixində Sumqayıt24 xəbər verir.
Şəhərin 75 illik yubileyinə həsr olunmuş idman tədbirləri Mehdi Hüseynzadə adına stadionda təşkil olunacaq. Boks üzrə tədbir iyulun 8-də saat 10:00-da, minifutbol üzrə ustad dərsi isə iyulun 10-da saat 10:00-da baş tutacaq.