Azərbaycan Basketbol Liqasında 19-сu tura bu gün start veriləcək.
Sumqayit24.az xəbər verir ki, günün yeganə matçı Sumqayıtda keçiriləcək. Şəhərin eyniadlı təmsilçisi "Quba"nı qəbul edəcək.
Qarşılaşma saat 19:00-da Sumqayıt Olimpiya İdman Kompleksində start götürəcək. Meydan sahibləri B qrupunda 25 xalla dördüncü, qonaqlar 23 xalla beşincidir.