"Sumqayıt" futbol klubunun oyunçuları milli komandalara dəvət alıblar. Bu haqda 13 noyabr tarixində Sumqayıt24 xəbər verir.
FK-nın futbolçuları Səbuhi Abdullazadə və Tresor Mossi müvafiq olaraq Azərbaycan və Burundi millilərinə cəlb olunublar. Bundan əlavə, Ayxan Süleymanlı və Nemət Şıxəmirov U-21, Nihad Əhmədzadə və Xəyal Fərzullayev isə U-19 yığmalarına çağırılıblar.