“Sumqayıt”ın futbolçusu növbəti oyunu buraxacaq. Bu barədə 9 dekabr tarixində Peşəkar Futbol Liqasına istinadən məlumat veririk.
“Kəpəz” ilə səfər görüşündə komandamızın oyunçusu Vüqar Mustafayev ikinci sarı vərəqə alaraq meydandan qovulub. Buna görə o, 1 oyun cəzalanıb, klub isə 200 manat ödəməlidir.
Xatırladaq ki, Premyer Liqanın 16-cı turunun bu qarşılaşması təmsilçimizin qələbəsi ilə yekunlaşıb.