“Sumqayıt”ın futbolçusu Əli Qurbani karyerasını xarici klubda davam etdirəcək. Sumqayıt24 bu haqda sosial şəbəkələrə istinadən xəbər verir.
Məlumata görə, 32 yaşlı hücumçu “kimyaçılar”la müqaviləsi başa çatan kimi İranın "Fulad" komandası ilə anlaşıb. İmzalanan müqavilənin detalları açıqlanmayıb.
Millimizin üzvü olan Qurbani başa çatan mövsümdə "Sumqayıt"ın heyətində 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.